Joni Montielin “Qarabağ”dan ayrılmaq ehtimalının yenidən ortaya çıxması haqda xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, ispan futbolçu az-az oynadığı üçün komandada qalmaq istəmir.
Amma əldə etdiyimiz məluamta görə, “Qarabağ” Montieli bir şərtlə buraxacaq. Onu istəyən klub Ağdam klubuna 2 milyon avro ödəniş etməlidir. “Lex” başda olmaqla Joni ilə bir neçə klub maraqlanırdı.
Onun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
