Millimizin üzvü 90 dəqiqə oynadı, komandası darmadağın etdi

22:37 - 29 Avqust 2026

Kosova Superliqasında 3-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi "Malişeva" klubu səfərdə "Feronikeli" komandasının qonağı olub. Qarşılaşma qonaqların 3:0 hesablı darmadağını ilə başa çatıb.

Qeyd edək ki, Vüsal İsgəndərli matça start heyətində başlayıb. Bu nəticədən sonra "Malişeva" 7 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Xəbər xətti