Azərbaycanlı futbolçu Türkiyə klubunun heyətində oyuna niyə çıxmadı? - səbəbini açıqladı

12:47 - 30 Avqust 2026

Türkiyə 1-ci liqasının ilk turunun “Boluspor” – “Manisa”(1:2) oynunda meydana çıxmış Elvin Yunuszadə artıq iki turdur ki, oynamır.

Belə ki, bir müddət əvvəl “Boluspor”a keçmiş təcrübəli müdafiəçi 3-cü turda “Muğlaspor”la görüşü də buraxmalı olub.

Sportal.az saytına futbolçunun özünün verdiyi məlumata görə, oynamaması zədə ilə bağlıdır. Belə ki, futbolçunun ilk oyundan sonra əzələsində problem yaranıb. O, komandaya toplanış keçməmiş qoşulmuşdu. Bu da hardasa ilk turda fiziki yüklənməsinə gətirib çıxarıb.

Yunuszadə açılış oyunundan sonra artıq iki turdur həkimlərin məsləhəti və nəzarəti  altında istirahət edib, müalicə olunurdu. Onun 1-ci liqanın 4-cü turunun “Keçiörengücü” – “Boluspor” görüşündə meydanda olacağı gözlənilir. Qeyd edək ki, həmin görüş sentyabrın 1-də baş tutacaq. 

Mirbağırağa
 

Xəbər xətti