Polşa Ekstraklasasında 6-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” doğma meydanda “Yagelloniya”nı qəbul edib və 2:5 hesabı ilə məğlub olub. Oyunda hesabı 23-cü dəqiqədə Emreli açıb.
Bu, Mahirin “Rakuv”un heyətində vurduğu dördüncü qol olub. Onlardan ikisini futbolçu ölkə çempionatında vurub.
Hazırda “Rakuv” 0 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
