“Neftçi” heyətini gücləndirmək istəyir.
Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın bu dəfəki transferi Şotlandiyadan gələ bilər.
Bakılılar “Dandi Yunayted”in futbolçusu Viçko Şeveldir. 25 yaşlı yarımmüdafiəçinin Şotlandiya klubu ilə müqavilə müddəti 2027-ci il mayın 31-nə qədərdir. Onun “Neftçi”yə keçidi an məsələsidir.
Tərəflər arasında yekun razılıq olarsa, xorvat dayaq yarımmüdafiəçisi mövsümün davamını “Neftçi”də keçirəcək.
Xorvatiyanın U-20 və U-21 yığma komandasının sabiq üzvü karyerası ərzində “Hayduk” (Split), “Sarayevo”, “Akron”, “Radomlye” klublaırnın formasını geyinib.
