"Qəbələ" baş məşqçisi ilə yollarını ayırdı

13:36 - 31 Avqust 2026

"Qəbələ" baş məşqçi Kaxaber Tsxadadze ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Kaxaber Tsxadadzeyə komandamızdakı fəaliyyətinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

Qeyd edək ki, köməkçi məşqçi Georgi Çixradze ilə də yollar ayrılıb.

Xəbər xətti