Yamaldan "Barselona"da növbəti rekord - Messini geridə qoydu

00:24 - 1 Sentyabr 2026

“Barselona”nın vingeri Lamin Yamal mövsümdə ilk qolunu vurub.

Sportal.az xəbər verir ki, 19 yaşlı futbolçu La Liqanın 3-cü turunda “Rayo Valyekano”ya qarşı matçın 21-ci dəqiqəsində fərqlənərək kataloniyalıları 2:1 hesabı ilə önə keçirib.

Lamin sonuncu dəfə İspaniya millisinin heyətində DÇ-2026-nın 2-ci turunda Səudiyyə Ərəbistanına qarşı keçirilən oyunda (4:0) qol vurmuşdu. O vaxtdan bəri klub və milli komanda ilə birlikdə 8 rəsmi matç keçirib.

Pedro Martin qeyd edib ki, dünya və Avropa çempionu 19 yaş 49 günündə “Barselona”nın heyətində 50-ci qolunu vuraraq bu göstəriciyə çatan ən gənc futbolçu olub. O, Josep Eskolanı və Lionel Messini geridə qoyub.

“Barselona” da bildirib ki, Lamin top-5 liqa tarixində 50 qol vuran ən gənc futbolçu olub. O, bu göstəricidə Kilian Mbappe və Erlinq Haalandı geridə qoyub.

Xəbər xətti