Bölgə təmsilçisi nigeriyalı yarımmüdafiəçi ilə gücləndi

14:35 - 1 Sentyabr 2026

I Liqada mübarizə aparan "Şimal" heyətini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Xaçmaz təmsilçisi nigeriyalı yarımmüdafiəçi Umar Abubakarı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Karyerası ərzində Moldovanın "Saksan" və Tacikistanın "İstiklol" komandalarında çıxış etmiş Abubakar ilə mövsüm sonunadək müqavilə imzalanıb.

21 yaşlı futbolçu "Şimal"da 25 nömrəli forma ilə çıxış edəcək.

Xəbər xətti