"Napoli"dən ayrılan 35 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqavilə imzaladı

00:45 - 1 Sentyabr 2026

Müdafiəçi Juan Jesus “Venesiya”ya azad agent kimi keçib.

Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçu 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalayıb. Müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə müqavilənin müddəti daha bir il uzadıla bilər.

Braziliyalı futbolçu iyul ayında “Napoli”dən ayrılaraq azad agent statusu alıb. Jesus İtaliyada “İnter” və “Roma”nın da formasını geyinib.

Ümumilikdə o, A Seriyasında 280 matç keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun aktivində həmçinin Çempionlar Liqasında 24, Avropa Liqasında 37 oyun və Braziliya millisində 4 matç var.

Xəbər xətti