“Sabahın Ulduzları”: "Sabah"ın böyükhesablı qələbəsi

15:19 - 31 Avqust 2026

“Sabahın Ulduzları” Bakı Kubokunun U-15 yaş qrupunda yeddinci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, turun qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb.

“Ulduz” - “Dinamo” 6:0
Qollar: Taleh Dadaşzadə (6), Rəsul Qurbanlı (19), Asif Allahverdi (25), Nihat Bəylərli (51), Müşfiq Zamanov (54, 67).

“Sabah” - “Marafon” 6:0
Qollar: Yusif Ağayev (14, 42, 61, 71-pen.), Rüfət Həsənov (38), Hüseyn Musayev (80+1).

Avqustun 31-də U-14 yaş qrupunda səkkizinci turun oyunları keçiriləcək:

“Azərbaycan Qartalları” - “Xan”
“Qarabağ” - “Sabah”
“Qəbələ” - EFA

Xəbər xətti