İstanbul klubu "Real"ın yarımmüdafiəçisini transfer etmək istəyir

14:18 - 1 Sentyabr 2026

"Qalatasaray" "Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Türkiyə çempionu fransalı futbolçu üçün İspaniya klubu ilə danışıqlara başlamağa hazırlaşır. "Qalatasaray" 23 yaşlı oyunçu üçün 35 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin yayında "Renn"dən 31 milyon avroya transfer edib. Fransa millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 226 rəsmi matçda 6 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti