"Trabzonspor" baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ

19:06 - 1 Sentyabr 2026

Türkiyənin "Trabzonspor" klubu baş məşqçi Fatih Tekke ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Fatih Tekke 2025-ci ilin martında "Trabzonspor"un baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda ölkə çempionatında 3 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər xətti