"Qalatasaray" növbəti futbolçu ilə anlaşıb.
Sportal.az xəbər verir ki, Türkiyə çempionu El-Şaday Bitşiabunun keçidini reallaşdırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi 21 yaşlı müdafiəçinin icarəsi ilə bağlı həm futbolçu, həm də onun müqavilə ilə məxsus olduğu "Leyptsiq"lə razılıq əldə edib.
Qeyd edək ki, El-Şaday Bitşiabu PSJ-nin yetirməsidir. O, 2023-cü ildə Paris klubundan “Leyptsiq”ə keçib. Fransalı müdafiəçi ötən mövsüm Almaniya təmsilçisinin heyətində 14 oyunda meydana çıxıb. Mövsümün sonunda "Qalatasaray" onu transfer etmək hüququna malik olacaq.
saytlarin hazirlanmasi
