"Mançester Siti"dən 145 milyonluq transfer

10:17 - 2 Sentyabr 2026

"Mançester Siti" Enzo Fernandezi heyətinə qatıb.

Sportal.az xəbər verir ki, İngiltərə nəhəngi dünya çempionu ilə rəsmi razılıq əldə edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fernandez yeni komandası ilə 5 illik müqavilə imzalayıb.

"Şəhərlilər" 25 yaşlı futbolçu üçün 145 milyon avro ödəyib. 

Qeyd edək ki, argentinalı yarımmüdafiəçi ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlər üzrə 54 oyunda 15 qol vurub və 7 məhsuldar ötürmə edib.

O, Argentina millisi ilə DÇ-2022-nin qalibi olub, DÇ-2026-da isə finala yüksəlib.

Xəbər xətti