"Hall Siti"nin oyunçusu Sorba Tomas komandanın məşq kompleksinin yaxınlığında bu gwn səhər baş verən yol-nəqliyyat hadisəsinin iştirakçısı olub.
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçunun içində olduğu boz rəngli "Land Rover Defender" markalı yolsuzluq avtomobili tərsinə çevrilib və pəncərələri tamamilə dağılıb. Nəqliyyat vasitəsinin ciddi vizual zədələnməsinə baxmayaraq, Tomas xəsarət almayıb. O, qəza yerini təkbaşına tərk edib.
Hal-hazırda Hambersayd polisi qəzanın təfərrüatlarını araşdırır. Təcili yardım xidmətləri hadisə yerində işləməyə davam edir, hüquq-mühafizə orqanları isə vətəndaşları müvəqqəti olaraq həmin ərazidən uzaq durmağa çağırıb.
Avtomobilin fotoşəkilləri sosial şəbəkələrdə sürətlə yayıldığı üçün klub azarkeşləri sakitləşdirmək məqsədilə dərhal bəyanat yayıb və oyunçunun xəsarət almadığını bildirib.
Xatırladaq ki, "Hall Siti" Sorba Toması 10 gün əvvəl "Stok Siti"dən transfer edib. Uelsli vinger Premyer Liqa təmsilçisinin heyətində 2 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
