"İnter" hücumçusunu 60 milyon avroya sata bilər

16:30 - 11 Sentyabr 2026

 "İnter"in hücumçusu Markus Türam İngiltərə Premyer Liqasının üç təmsilçisinin maraq dairəsinə düşüb.

Sportal.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat verir.

29 yaşlı futbolçunun xidmətində "Tottenhem", "Nyukasl" və "Aston Villa" maraqlıdır. Lakin hələlik bu klubların heç biri transferlə bağlı rəsmi təklif irəli sürməyib.

"İnter" rəhbərliyi fransalı forvardı vacib oyunçu hesab edir və onu satmaq niyyətində deyil. Lakin 60 milyon avro məbləğində təklif milanlıları mövqelərini dəyişməyə məcbur edə bilər.

​Qeyd edək ki, Markus Türam cari mövsümdə bütün turnirlərdə "İnter"in heyətində 3 matçda iştirak edib və 1 qolla yadda qalıb.

Xəbər xətti