"Mançester Siti"nin istədiyi futbolçu "Çelsi"də qalacaq

17:28 - 11 Sentyabr 2026

"Mançester Siti"nin transfer siyahısında yer alan Pedru Netu "Çelsi"də  qalacaq.

Sportal.az xəbər verir ki, London təmsilçisi portuqaliyalı vingerin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Premyer Liqa nəhəngi 26 yaşlı futbolçu ilə 2032-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, "Çelsi" Pedru Netunu 2024-cü ilin yayında "Vulverhempton"dan 60 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü cari mövsümdə "mavilər"in heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti