"Zirə"yə hakim dəstəyi görüntüsü yaradılır - "Turan Tovuz"a "borc" qaytarmaq üçün zəmin yaradılır?

17:40 - 16 Sentyabr 2026

Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi keçən gündən hakim ədalətsizlikləri ilə ən çox üzləşən klub onlar olub. İllərboyu bunun əziyyətini çəkiblər. 

Ötən mövsüm bir-iki oyunda "Zirə"nin lehinə hakim səhvi olub. "Neftçi"nin baş məşqçisi Yuri Vernidub da ötən mövsümün hadisəsini bu mövsüm məğlub olduqları oyununun gözünə qalıb hakimlərin "Zirə"yə simpatiya bəslədiyini deyib. Hərçənd, "Neftçi"nin məğlubiyyətində hakim əli yox idi. Sadəcə ukraynalı məğlubiyyəti həzm etməyib "cığallıq" elədi. 

"Zirə"ni qarşıda "Turan Tovuz"la səfər oyunu gözləyir. Vur-tut 5 tur arxada qalır, artıq Tovuz klubuna qarşı bir neçə ciddi hakim səhvi olub. "Turan Tovuz"un "borcundan" çıxmaq üçün hakimlərə fürsət ola bilər. Necə deyərlər, "bir güllə ilə iki dovşan vura bilərlər". 

"Zirə"nin əleyhinə, "Turan Tovuz"un lehinə səhv etməklə ideal mənzərə yaranacaq. Bir növ göstərəcəklər ki, buna qədər də baş verənlər qərəz yox, hakim səhvidir. Tə ki yanılaq! Zaman hər şeyi daha aydın göstərəcək.

SPORTAL.AZ

Xəbər xətti