"Real"ın baş məşqçisi Joze Mourinyo milli komandaların oyunları üçün verilən fasilə zamanı futbolçuların hazırlığı üçün fərdiləşdirilmiş plan hazırlayıb.
Sportal.az Madrid derbisində "Atletiko"ya məğlubiyyətdən sonra portuqaliyalı mütəxəssis komandaya dörd günlük istirahət verib. Komanda bundan sonra cümə günü məşqlərə qayıdacaq.
"Marca" nəşrinin məlumatına görə, məşqçilər korpusu hər bir oyunçunun cari fiziki durumunu nəzərə alaraq, onun üçün ayrıca iş yükü müəyyənləşdirəcək. Futbolçuların bir qismi bərpa olunmaq üçün əlavə istirahət günləri alacaq, digərləri adi rejimdə çalışacaq, bəzi oyunçular isə mövsönöncəsi hazırlıq dövründə çatışmayan fiziki formalarını bərpa edəcəklər.
Eyni zamanda, Mourinyonun sərəncamında məhdud heyət qalacaq. Çünki 15 futbolçu milli komandalarının düşərgəsinə yollanıb. Buna görə də portuqaliyalı mütəxəssis məşq prosesinə klub akademiyasının yetirmələrini fəal şəkildə cəlb edəcək.
saytlarin hazirlanmasi
