"Liverpul"dan kapitanla bağlı qərar

19:39 - 24 Sentyabr 2026

"Liverpul" mövsümün sonunda müqaviləsi başa çatan Vircil van Deyklə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi kapitanla vidalaşacaq. Bu barədə "Football Insider" məlumat yayıb.

Klub niderlandlı futbolçuya yeni sözləşmə təklif etməyəcək. Mersisayd təmsilçisi gənclərə şans verməyi planlaşdırır. 34 yaşlı mərkəz müdafiəçisi azad agent statusu ilə klubu tərk edəcək.

Qeyd edək ki, "Liverpul" Vircil van Deyki 2018-ci ilin yayında "Sauthempton"dan 84,6 milyon avroya transfer edib. Niderland millisinin üzvü cari mövsümdə "qırmızılar"ın heyətində 6 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti