Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Qəbələ" yoxlama oyununda qüvvəsini sınayıb. "Qırmızı-qaralar" I Liqa təmsilçisi "Karvan-Yevlax"la qarşılaşıblar. Matç qolsuz bərabərliklə yekunlaşıb.
Sportal.az xəbər verir ki, oyundan sonra matç haqda fikirlərini bildirən "Qəbələ"nin baş məşqçisi Yeton Bekiri bunları qeyd edib:
"Bu həftə çox çalışmışıq. Gündə iki dəfə məşqlərimiz olurdu. Bu səbəbdən komanda yorğun görünürdü. “Sumqayıt”la oyuna hazırlaşmağa hələ vaxtımız var. Bu matçda əsas məqsədimiz gənc futbolçulara şans vermək, onların təzyiq altında necə oynadıqlarını müəyyənləşdirmək idi. Mənim üçün ən vacibi futbolçuların çatışmazlıqlarını görmək idi. Bəzi futbolçular 30, bəziləri 25 dəqiqə oynadı. Əsas odur ki, görüşü zədəsiz başa vurduq. 4 futbolçumuz müxtəlif yaş qrupları üzrə milli komandaların düşərgəsindədirlər. Çox çalışıb vəziyyəti yaxşılaşdıracağıq. Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik. Bu gün Rafael Utziq təxminən 30 dəqiqə meydanda oldu. Çox keyfiyyətli futbolçudur. Hələ ki komanda ilə cəmi 2 məşqə çıxıb. Braziliyada fərdi məşqlər edib. 2-3 həftəyə ən yaxşı formasına yüksələcək”.
saytlarin hazirlanmasi
