“Arsenal”ın sabiq müdafiəçisi Arman Traore Viktor Dyökeresin komandadakı çıxışını dəyərləndirib və onu digər məşhur hücumçularla müqayisə edib.
Sportal.az xəbər verir ki, Traore öz açıqlamasında maraqlı məqamlara toxunub:
“Dyökeresin oyunu məndə heç bir təəssürat yaratmır. Məncə, "Arsenal"a hücumda boşluqlar yarada bilən və komanda yoldaşlarına daha çox imkan qazandıran hücumçu lazım idi.
Dyökeres sanki oyunu tıxayır. Onun meydanda olması komandanı daha çox cinahlardan hücum etməyə məcbur edir, bunun qarşısını almaq isə rəqiblər üçün o qədər də çətin deyil. Ötən mövsüm ‘Arsenal’ın standart vəziyyətlərə bu qədər çox üstünlük verməsinin səbəblərindən biri də məhz bu idi.
Mən həmişə meydanda çox hərəkətli olan hücumçuları bəyənmişəm. Futbolda qazandığım təcrübə göstərir ki, uğur qazanan komandaların heyətində adətən özünü sübut etmiş yüksək səviyyəli hücumçu olur — Harri Keyn, Didye Droqba, Erik Kantona kimi. Hətta Cermeyn Defo da müəyyən dövrdə qarşısıalınmaz idi.
Dyökeresdə isə bu futbolçulara xas olan qolçu instinktini görmürəm”.
saytlarin hazirlanmasi
