"Vaxtı gələndə həqiqəti portuqaliyalılara danışacağam" - Ronaldo millinin düşərgəsini tərk etməsi barədə

23:32 - 30 Sentyabr 2026

Kriştiano Ronaldo ən azı qarşıdakı oyunlarda Portuqaliya millisində çıxış etməyəcəyini açıqlayıb.

Sportal.az xəbər verir ki, 41 yaşlı kapitan açıqlamasında bunları qeyd edib:

“Milli komandanın baş məşqçisinin mətbuat konfransından və Portuqaliya Futbol Federasiyasının prezidenti ilə söhbətdən sonra milli komandanın düşərgəsini tərk etmək qərarına gəldim.

Vaxtı gələndə milli komandanı tərk etməyimə səbəb olan məsələlərlə bağlı həqiqəti bütün portuqaliyalılara danışacağam. Mən hər zaman bu milli komandaya bütün varlığımla bağlı olmuşam. İndi isə Portuqaliyaya və istisnasız olaraq bütün komanda yoldaşlarıma uğurlar arzulamağın vaxtıdır”.

Xəbər xətti