Ronaldodan sonra 7 nömrəli formanı bu futbolçu geyinəcək

17:38 - 1 Oktyabr 2026

Portuqaliya yığması UEFA Millətlər Liqasında Danimarkaya qarşı keçiriləcək oyun üçün futbolçuların nömrələrinin siyahısını rəsmən açıqlayıb.

​Sportal.az xəbər verir ki, əsas yenilik komanda tarixinin ən məşhur futbolkasının sahibinin dəyişməsi olub. Millidə 7 nömrəli forma ilə Rafael Leau çıxış edəcək.

Brunu Fernandeş 8, Bernardu Silva 10, Joau Feliş isə 11 nömrə altında meydana çıxacaq.

​Xatırladaq ki, bundan əvvəl Kriştiano Ronaldo qalmaqallı şəkildə Portuqaliya seçməsinin düşərgəsini tərk edib və milli komandadakı karyerasını başa vurmağı nəzərdən keçirir.

Xəbər xətti