"Mançester Siti"nin müdafiəçisi İngiltərə millisində zədələndi

20:50 - 1 Oktyabr 2026

İngiltərə milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, müdafiəçi Niko O'Rayli sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Tomas Tuxel məlumat verib.

Almaniyalı mütəxəssis 21 yaşlı sol cinah müdafiəçisinin tibbi müayinədən keçmək və müalicə olunmaq üçün klubu "Mançester Siti"nin düşərgəsinə yollandığını bildirib.

Qeyd edək ki, İngiltərə yığması UEFA Millətlər Liqasında iki oyun keçirəcək. Onlar ayın 3-də səfərdə Xorvatiya, 6-da isə evdə Çexiya ilə üz-üzə gələcəklər.

Xəbər xətti