Mahir Emrelinin baş məşqçisi istefaya göndərildi

13:29 - 19 Oktyabr 2026

Mahir Emrelinin formasını geyindiyi "Rakuv" baş məşqçi Tomaş Kaçmareklə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə Polşa klubunun mətbuat xidməti məlumat yayıb.

42 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Tomaş Kaçmarek bu ilin sentyabrında "Rakuv"un baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. O, həmin postda David Kroçeki əvəz etmişdi.

Qeyd edək ki, Çestoxova təmsilçisi Polşa çempionatında 11 turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti