"Qarabağ"ın forvardı: "Məğlub durumda olsaq da, hesabı bərabərləşdirəcəyimizə inanırdıq"

14:18 - 19 Oktyabr 2026

"Qarabağ"ın hücumçusu Zakaria Savo Sportal.az saytına açıqlama verib.

O, "Neftçi"(3:3) ilə görüşdəki nəticə haqda danışıb: “Fikrimcə, yaxşı oyun alındı. Bəli, üç qol buraxdıq. Bir oyunda üç qol buraxmaq istəmirik, amma özümüz də üç qol vurduq və bu, müsbət məqamdır. Sonda hesabı 3:3 etməyi bacardıq. Ümumilikdə, hər şey qaydasındadır. Oyunun gedişində məğlub durumda olsaq da, hesabı bərabərləşdirəcəyimizə 100 faiz inanırdıq".

Savo qarşıdakı turda oynayacaqları "Sabah"la matç haqda da fikirlərini bildirib: "Bəli, artıq növbəti turda "Sabah"la oynayacağıq. Təbii ki, bu matça qalibiyyət üçün yollanacağıq. Biz bu görüşdə ancaq qələbə qazanmaq istəyirik. Bu çempionatda qalib gəlmək, çempion olmaq istəyirik. Bunun üçün liqanın güclü komandalarına qarşı da qələbə qazanmalıyıq. “Sabah”la matçda qalib gəlmək hədəfimizdir"

Xəbər xətti