Azərbaycanlı futbolçunun komandası yenə uduzdu - VİDEO

14:49 - 19 Oktyabr 2026

Türkiyə 1-ci liqasının 11-ci turunda bir sıra oyunlar keçirilib.

Sportal.az xəbər verir ki, heyətində Azərbaycan millisinin sabiq müdafiəçisi Elvin Yunuszadənin yer aldığı "Boluspor" səfərdə "İğdır"la qarşılaşıb. 

Oyun qonaqların 1:0 hesablı məğlubiyyəti ilə başa çatıb. Yunuszadə bütün oyunu ehtiyat oyunçular skamyasından izləyib.

Hazırda "Boluspor" bir xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti