"Sabah" "Borusssiya"ya qarşı - YENİLƏNİR

09:22 - 20 Oktyabr 2026

Bu gün "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti görüşünü keçirəcək.

Sportal.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv "Borussiya" ilə üz-üzə gələcək.

Bakı Olimpiya Stadionunda baş tutacaq oyuna saat 20:45-də start veriləcək.

"Sabah" 2 turdan sonra 3 xalla 22-ci sıradadır.

“Borussiya” isə eyni xalla 18-ci pillədə qərarlaşıb.

UEFA Çempionlar Liqası
III tur

20 oktyabr

20:45 "Sabah" - "Borussiya"(Dortmund)
Baş hakim: Xose Arbelora Roxas (İspaniya)
Bakı Olimpiya Stadionu

Xəbər xətti