"İnter" "Flamenqo"nun hücumçusu ilə maraqlanır

13:33 - 20 Oktyabr 2026

“Flamenqo”nun hücumçusu Pedro Gilyerme karyerasını Avropada davam etdirə bilər.

Sportal.az “Sky Spors”a istinadən xəbər verir ki, “İnter” braziliyalı forvardı heyətinə qatmaqda israrlıdır.

Onun “Flamenqo” ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir. Onun özü də Avropaya geri qayıtmağı planlaşdırır.

Pedro karyerası ərzində “Fluminense”, “Fiorentina” klublarının formasını geyinib.
 

Xəbər xətti