Dadaşov zədə səbəbindən komandasının matçında iştirak edə bilmədi

23:26 - 25 Oktyabr 2026

Ukrayna Premyer Liqasında 10-cu turun bir sıra oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Bukovina” doğma meydanda “Krivbass”la qarşılaşıb. Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Dadaşov zədə səbəbindən matçın iştirak ərizəsinə daxil edilməyib.

Hazırda “Bukovina” 9 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Xəbər xətti