"Qarabağ"ın "casus"ları "Gefle"nin oyunun izləməyə gedir

17:48 - 27 İyul 2013

Nurlan İbrahimov və Elçin Rəhmanov rəqibin oyununu izləyəcək
 
Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Gefle" İsveç çempionatında növbəti oyununa çıxacaq. Belə ki, rəqibimiz doğma meydanda "Malmö" ilə qarşılaşacaq.
 
Bu oyunu "Qarabağ"ın "casus"ları da izləyəcək. Sportal.az-ın əldə etdiyi məlumata görə rəqibin matçına baxmaq üçün İsveçə Nurlan İbrahimov və Elçin Rəhmanov gedəcəklər.

Xəbər xətti