"Beyl bu qədər yaxşı futbolçudursa,..."

00:31 - 14 Avqust 2013

Xordi Alba: "Messi bizim üçün qiymətsiz futbolçudur"

 

“Barselona”nın müdafiəçisi Xordi Albaispan mətbuatına açıqlamasında komanda yoldaşı Lionel Messi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, o, argentinalı superulduzun “Barsa”dakı rolundan söhbət açıb. Alba eyni zamanda “Real”ın Qaret Beyl sevdasına da toxunub:

 

“Messi bizim üçün qiymətsiz futbolçudur. Elə bir məbləğ yoxdur ki, “Barselona”nın prezidenti onu satmağa razılıq versin. O ki qaldı “Real”a, onlar Beyldən əl çəkmək istəmirlər. Uelsli əgər bu qədər yaxşı futbolçudursa, qoy “Real” onu alsın. Kimin nəyə qadir olduğunu zaman göstərəcək”. 

Xəbər xətti