"Barselona"lı futbolçu əməliyyat olunacaq

13:31 - 21 Avqust 2013

Zədələr hollandiyalı futbolçudan əl çəkmir
 
“Barselona”nın hollandiyalı yarımmüdafiəçisi İbrahim Afellay əməliyyat olunacaq.
 
Sportal.az xəbər verir ki, klubdan verilən məlumata görə, futbolçunun sağ ayağındakı zədəsinin təkrarlandığı və onun sabah, yəni 22 avqustda əməliyyat olunacağı bildirilib. Əməliyyatdan sonra Afellayın vəziyyəti ilə əlaqədar ictimaiyyətə məlumat veriləcəyi də qeyd olunub.
 
27 yaşlı futbolçu 2011-ci ildə PSV-dən “Barselona”ya transfer olunub. O, uzun müddət zədə səbəbindən meydanlardan uzaqda qalıb. 44 dəfə Hollandiya millisinin formasını geyinən Afellay keçən mövsümü icarə əsasında “Şalke”də keçirib. 

Xəbər xətti