“Rəvan”dan iki transfer

18:14 - 25 Avqust 2013

"Bakı"nın daha bir futbolçusu "bankirlər"in heyətində
 
Transfer çalışmalarını davam etdirən "Rəvan” heyəti gücləndirmək yolunda yeni addım atıb.
 
Sportal.az klubun saytına istinadən xəbər verir ki, komanda daha iki futbolçu ilə güclənib. "Rəvan” Əziz Quliyev və Sohib Savankulovla anlaşıb.
 
Son klubu "Bakı” olan Əzizlə bir, Tacikistan yığmasının üzvü Sohiblə isə iki illik rəsmi müqavilə imzalanıb. Düşənbə "İstiqlal”ından gələn Savankulovun son vaxtlar müntəzəm çağırıldığı yığmada 31 oyunda meydana çıxıb və 1 qol vurub. 
 
Adıçəkilən futbolçular bu gün "İnter”lə keçiriləcək oyunda meydana çıxa bilərlər.

Xəbər xətti