Millimizdən növbəti qələbə

10:44 - 11 Sentyabr 2013

Qarşılaşma 4:2 hesabı ilə yığmamzın xeyrinə başa çatıb
 
Rusiyanın Novorossiysk şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Çernomorets” klubu ilə yoldaşlıq oyunu keçirib.
 
Sportal.az xəbər verir ki, qarşılaşma 4:2 hesabı ilə yığmamzın xeyrinə başa çatıb. Rusiya təmsilçisinin qapısından topları Adil Nağıyev, Ruslan Nəsirli, Samir Məsimov və Namiq Ələskərov keçirib.
 
Xatırladaq ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız “Kuban” klubunun əvəzedici komandasına 5:2 hesabı ilə qalib gəlmişdi.

Xəbər xətti