"Qarabağ" yenidən mərkəzi arenada

16:50 - 17 Sentyabr 2013

Komanda "Simurq"u qəbul edəcək
 
"Qarabağ" "Simurq"la oyunun hazırlıqlarını davam etdirir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu günə 2 məşq keçən komanda hazırlığını Suraxanı qəsəbə stadionunda keçib. Bu arada "Qarabağ"ın  "Simurq"la matçının başlama saatı məlum olub. "Qarabağ" Zaqatala klubunu Tofiq Bəhramov adına respublika stadionunda qəbul edəcək.
 
Qeyd edək ki, mərkəzi arenanın ot örtüyü yeniləndiyinə görə komanda ev oyunlarını "Bakcell Arena"da keçirmişdi.  21 sentyabrda baş tutacaq  görüş 19-30-da start götürəcək. 

Xəbər xətti