"Energetik" evində "Turan-T" ilə də bacarmadı

17:48 - 15 Noyabr 2013

I Divizionunda 10-cu tura start verilib

 

Futbol üzrə Azərbaycan I Divizionunda 10-cu tura start verilib.

 

Sportal.az xəbər verir ki, Mingəçevirə səfər edən “Turan-T” klubu yerli “Energetik”lə oyunda böyük hesablı qələbə qazanıb – 5:0.

 

Tovuz təmsilçisinin heyətində Rəşad Piriyev (d.21), Asəf Qədiri (d.32), Azər Məmmədov (d.42), Emin Mirzəliyev (d.69) və Çingiz Aşırov (d.89) fərqləniblər. Turun digər oyunları şənbə və bazar günləri keçiriləcək. 

Xəbər xətti