"Sumqayıt"ın növbəti rəqibi müəyyənləşdi

10:37 - 22 Yanvar 2014

Komanda iki itki ilə hazırlaşır
 
"Sumqayıt" Futbol Klubu ölkə daxilində təlim-məşq toplanışını davam etdirir. 
 
Sportal.az xəbər verir ki, komanda gündə iki dəfə olmaqla Azərbaycan Premyer Liqasının 3-cü dövrəsinə hazırlaşır. Heyətdə zədəli futbolçu yer almır. Qapıçı Tərlan Əhmədli və müdafiəçi Bəxtiyar Həsən-Alızadə U-21-in düşərgəsində olduğu üçün hazırlığa nisbətən gec qoşulacaq. "Sumqayıt" FK növbəti yoxlama oyununu yanvarın 23-də "Şahdağ"a qarşı keçirəcək. Həmin qarşılaşma Sumqayıtda saat 16:00-da başlayacaq.

Xəbər xətti