"Liverpul" "Benfika"nın üzvünü heyətinə qatır

21:30 - 25 İyul 2014

İngiltərə klubu yeni transfer edə bilər
 
Klub yeni mövsümə yeni futbolçularla başlamaq niyyətindədir.
 
Sportal.az xəbər verir ki, Portuqaliya mətbuatı klubun "Benfika"nın üzvü Qitan ilə maraqlandığını yazıb. Fasilə zamanı 4 futblçunu heyətinə qatan "Liverpul" Luis Suarezi "Barselona"ya satıb.
 
Məlumatda bildirilir ki, yeni mövsümdə çox iddialı olacaq komanda futbolçu ilə ilkin razılığa gəlib və transferin yaxın günlərdə həyata keçəcəyi gözlənilir. Transferin qiyməti isə 40 milyon avro dəyərində göstərilir.

Xəbər xətti