”O qədər hücumçumuz var ki, seçim etməkdə çətinlik çəkirəm”

00:10 - 23 Sentyabr 2014

Filippo İnzagi: "Ən yaxşı futbolçular “Milan”da cəmləşib"
 
“Milan” klubunun baş məşqçisi Filippo İnzagi komandada hücum xəttinin güclü olduğunu etiraf edib.
 
 
Sportal.az xəbər verir ki, komandanın statisk göstəriciləri də bunu sübut edir. İtaliya A seriyasında ən çox top vuran komandalar sırasında “Milan” ilə “İnter” liderliyi bölüşdürürlər. Hər iki komandanın aktivində 8 top var. Filippo İnzagi açıqlamasında ən güclü hücumçüların “Milan”da olduğunu etiraf edib: 
 
 
“Komandanın heyətində 7 hücumçu var. Hər oyun gələndə seçim etməkdə çətinlik çəkirəm. İtaliya çempionatında ən güclü hücumçular “Milan”da oynayır. Meydanın mərkəzində də yaxşı oyunçular cəmləşib. Montolivo ağır zədə alandan sonra Van Qinkel onu lazımınca əvəzlədi. Deyərdim ki, artıq bütün mövqelərdə yer alan futbolçular özlərinin yaxşı tərəfdən göstərirlər. Belə davam edərsə, qısa zamanda onlar komandanın aparıcı oyunçuları olacaqlar”.      

Xəbər xətti