Məşhur agent: "Mourinyo dünyanın ən güclü məşqçisidir"

00:45 - 30 Dekabr 2014

Jorje Mendeş: "Tarix boyu elə bir məşqçi olmayıb ki..." 
 
Məşhur futbol agenti Jorje Mendeş maraqlı açıqlamaları ilə gündəmə gəlib.
 
Sportal.az xəbər verir ki, tatnınmış meneçer “Çelsi”nin baş məşqçisi Joze Mourinyonu tarixin ən güclü məşqçisi hesab edib. O,  portuqaliyalı mütəxəssis barəsində belə deyib:
 
“Mourinyo dünyanın ən güclü məşqçisidir. Tarix boyu elə bir məşqçi olmayıb ki, 52 yaşında bütün titullara sahib olsun. Ser Aleks Fergyusson futbolun atası hesab olunur. Lakin o da müəyyən müddətdə qədər nətəcə əldə edə bilməyib. Ser həm mənə həm də Ronaldoya atalıq edib. Lakin ədalət naminə bu iki mütəxəssisi müqayisə etsək, qazandığı nəticələrə görə Mourinyo bir addım ondan öndədir”.             

Xəbər xətti