Didye Droqba qərarını verdi

16:50 - 2 Yanvar 2015

Futbolçu mayda karyerasını bitirir

 

“Çelsi”nin təcrübəli futbolçusu Didye Droqbanın karyerasını bitirəcəyi vaxt bəlli olub.

 

Sportal.az İngiıtərə mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu mövsümün sonunda futbolla vidalaşacaq.

Təcrübəli futbolçu karyerasını başa vurduqdan sonra “Çelsi”nin məşqçilər korpusunda çalışmaq niyyətindədir.

Qeyd edək ki, Drogba karyerası ərzində “Le Man”, “Genqam”, “Marsel”, “Çelsi” “Şanxay Şenxua” və “Qalatasaray” klublarının formasını geyinib.

Xəbər xətti