"Milan"nın hücumçusu 6 həftəlik sıradan çıxdı

17:15 - 27 Yanvar 2015

El Şaaravi xəsarət alıb
 
"Milan" klubu ciddi itkiyə məruz qalıb.
 
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, komandanın aparıcı futbolçularında sayılan Stefan El Şaaravi A seriyasının 20-ci turunda "Latsio" ilə matçda zədələnib.
 
Hücumçunun durumunun ciddi olduğu müəyyənləşib. Ayağında sınıq aşkarlanan 22 yaşlı futbolçu ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
 
Qeyd edək ki, "Latsio" - "Milan" oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti