Çixradze: "Bu vəziyyət komandanın durumundan xəbər verir"

19:36 - 1 May 2015

"Hazırkı vəziyyətdə biz gələcəyin necə olacağını bilmirik"
 
Azərbaycan Premyer Liqasının XXXII turu “İnter” üçün uğurlu alındı. “İnter” Zaqatalada “Simurq”u 3-2 hesabı ilə məğlub etdi. 
 
Sportal.az xəbər verir ki, "Simurq"un baş məşqçisi Georgi Çixradze məğlubiyyətə belə şərh verib:
 
"Oyun barədə danışmaq mənim üçün çox çətindir. Start fitindən sonra yaranmış vəziyyət artıq komandanın durumundan xəbər verir. Mənim üçün danışmaq ağırdır. Rəqib oyuna daha yaxşı köklənmişdi və bunun nəticəsidir ki, vacib qələbə qazandılar. Hazırkı vəziyyətdə biz gələcəyin necə olacağını bilmirik. Hələ ki, yolumuza davam edirik".

Xəbər xətti