"Simurq" "Bakı"nı gözləyir

12:02 - 15 May 2015

34-cü turun matçı

 
Azərbaycan Premyer Liqasının 34-cü turunda "Bakı"nı qonaq edəcək "Simurq" hazırlıqları tamamlayıb. 
 
 
Sportal.az xəbər verir ki, ötən gün son məşqinə çıxan Zaqatala klubu bir saatdan artıq çalışıb.Hazırlıq prosesində zədəli Vüqar Mustafayev və Samir Zərgərov iştirak etməyib.
 
 
Qeyd edək ki, cari mövsümün Zaqatalada keçiriləcək son qarşılaşması bu gün saat 17:00-da start götürəcək. Qarşılaşmanı Vüsal Əliyev idarə edəcək.

Xəbər xətti