"Zirə"nin ilk yoxlama matçı FOTOLAR

12:20 - 13 İyul 2015

Millimizi məğlub etdi

 

Xəbər verdiyimiz kimi, “Zirə” FK Premyer liqaya hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, “Dalğa Arena”da baş tutan qarşılaşmada rəqib 19 yaşa qədər futbolçulardan ibarət Azərbaycan yığması olub.

 

Qarşılaşmanın 6-cı dəqiqəsində Rəşad Abdullayevin künc zərbəsi ilə ötürdüyü topu Sadiq Quliyev qapıdan keçirib – 1-0. Hissənin sonlarında isə Rəşad Abdullayev uzaq məsafədən baxımlı qola imza atıb – 2-0. Oyunun 2-ci hissəsində “Zirə”nin baş məşqçisi Adil Şükürov meydana gənc və yeniyetmə futbolçuları buraxib. Komandamızın tam üstünlüyü müşahidə olunsa da, fasilədən sonra hesab dəyişməyib.

 

Beləliklə, “Zirə” yay hazırlıq dönəmində keçirdiyi ilk yoxlama oyununda 2-0 hesabı ilə qələbə qazanıb. Viktor İqbekoyi, Tellur Mütəllimov və Aleksandr Şemonayev zədəli olduqları üçün qarşılaşmada iştirak etməyiblər.

 

Xatırladaq ki, “Zirə” Premyer liqaya hazırlıq çərçivəsində təlim-məşq toplanışının 2-ci mərhələsini Türkiyədə keçirəcək. İyulun 15-də Ərzuruma gedəcək komandamız qardaş ölkədə 4 yoxlama oyunu keçirəcək və ayın sonunda vətənə dönəcək. 

 

Xəbər xətti