Tərlan Əhmədov: "Sumqayıt"a görə heyətimizi qurmuşduq"

21:41 - 17 Aprel 2016

"Şansları əldən versək də, qalib gələ bildik"
 
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 30-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Sportal.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
 
- Futbolçularım çox gözəl mübarizə apardılar. Rəqibin belə oynayacağını bilirdim. Komanda şəklində çıxış etdik. Şansları əldən versək də, qalib gələ bildik. 3 xal bizə avrokuboklara vəsiqə qazanmaq baxımından lazım idi.
 
- Bu gün bütün əsas oyunçuları ilk dəqiqələrdən meydana buraxmışdınız. ..
- Heyət rəqibə görə dəyişir. "Sumqayıt" istəkli komandadı, irəliləmək istəyir. Onlara görə heyətimizi qurmuşduq.
 
- Artıq AZAL Avropa Liqasına yaxındı, bununla bağlı rəhbərliklə danışmısınız?  
- Ən ağrılı məqamdı. Hələ ki, bu haqda müəmmalı vəziyyətdi. Planımız yoxdu.

Xəbər xətti