Tərlan Əhmədov: "Onun gəlişindən sonra artıq bir qədər fərqli oynayacağıq"

14:41 - 14 Noyabr 2016

"İndi onun yolunu gözləyirik. Bir neçə günə gəlməlidi. Hazırda klubumuzun rəsmiləri viza və digər sənədləşmə işlərini həll etməklə məşğuldu" 

 

Sportal.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

"Xəzər Lənkəran"ın sabiq legioneri Sadio Tounkara yenidən Azərbaycanda çıxış edəcək, "Şəmkir"in təklifini müsbət dəyərləndirməyən malili yarımmüdafiəçi AZAL-la anlaşıb. Afrikalı bu həftə ölkəmizə gələrək, Premyer Liqa təmsilçisi ilə münasibətlərini rəsmiləşdirəcək.
 
Şüvəlan klubu Tounkara ilə mövsümün sonunadək müqavilə bağlayacaq. Təcrübəli çalışdırıcı sabiq "Xəzər Lənkəran"lının komandasına faydalı ola biləcəyinə inanır: "Tounkaranı əvvəl burda oynadığı vaxtdan yaxşı tanıyıram. Səviyyəli legionerdi. Yarımmüdafiənin cinahlarında və hücumun mərkəzində oynaya bilər. Mən bilən, burdan gedəndən sonra futbolsuz qalmayıb, ölkəsinin çempionatında çıxış edib. Builki Premyer Liqada cəmi 4 qol vurmuşuq. Bu da onu göstərir ki, hücum və yarımmüdafiə xəttində problemlərimiz var. Tounkara gücümüzə güc qatacaq. Onun gəlişindən sonra artıq bir qədər fərqli oynayacağıq".

Xəbər xətti