Tərlan Əhmədov 45-i haqladı

01:13 - 18 Noyabr 2016

Bu gün AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov üçün əlamətdar gündür. 

 

Sportal.az xəbər verir ki, 1971-ci il noyabrın 17-də dünyaya göz açan mütəxəssis artıq ömrünün 45 ilini arxada qoyub. 

 

Ad gününü iş başında, yetirmələrinin əhatəsində qeyd edən Tərlan Əhmədovu futbolçular məşqdən sonra təbrik ediblər. 

 

Axşam məşqindən sonra komandanın üzvləri ilə birgə çay süfrəsi arxasında görüşən Əhmədov onun üçün hazırlanmış tortu kəsərək sevincini AZAL-ın kollektivi ilə bölüşüb.

Xəbər xətti